Pensiyaların artırılacağı məbləğ açıqlandı


Digərləri 15 Fev 2019 15:24:00 226 0

Pensiyaların artırılacağı məbləğ açıqlandı

Əmək pensiyalarının minimum məbləği 116 manatdan 160 manata qaldırılır.

Son.az xəbər verir ki, bu barədə oxu.az-a açıqlamasında Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri, professor Hadi Rəcəbli məlumat verib.

Onun sözlərinə görə, bu da təxminən 38 faiz artım deməkdir:

"Bu artımdan 233 min pensiyaçımız yararlanacaq ki, onların doqquz mininin pensiyası, ümumiyyətlə, iki dəfə artmış olacaq.

Eyni zamanda, bu 233 minin içində əlilliyə görə pensiya alanlarımızın sayı daha çox üstünlük təşkil edəcək. Bu artım üçün dövlət büdcəsindən 41 milyon manatın ayrılması nəzərdə tutulur və bu artım bütövlükdə martın 1-dən qüvvəyə minəcək. Gələn il isə bu artımın məbləği 49 milyon manat təşkil edəcək.