Məşhur futbolçunun məhkəməsi olacaq


İdman 15 Fev 2019 15:11:00 231 0

Məşhur futbolçunun məhkəməsi olacaq

İngiltərə millisinin keçmiş kapitanı Devid Bekhem martın16-da hakim qarşısına çıxacaq.

Goal.az xəbər verir ki, məşhur futbolçu avtomobilin sükanı arxasında telefonla danışdığı üçün məsuliyyətə çəlb olunub. Sabiq yarımmüdafiəçi ötən ilin noyabr ayında Londonda idarə etdiyi Bentley-in sükanı arxasında telefondan istifadə edib. Yoldan keçənlərdən biri bunu polisə bildirib. İngiltərədə avtomobili idarə edərkən telefonla danışmaq qəti qadağandır. Hələlik Bekhama ittiham irəli sürülməyib. Lakin epizodla bağlı məhkəmə prosesi barədə məlumatlandırılıb. Keçmiş futbolçunun günahı təsdiqlənərsə, 12 ballıq şkala üzrə 6 bal cərimə yazılacaq. Analoji hadisə təkrarlanarsa, Bekham 3 il müddətinə sürücülük vəsiqəsindən məhrum olacaq.