Şəmkirdə arvadı və qayınanasını öldürməyə cəhd edən şəxslə bağlı cinayət işi başlandı


Digərləri 15 Fev 2019 15:04:00 175 0

Şəmkirdə arvadı və qayınanasını öldürməyə cəhd edən şəxslə bağlı cinayət işi başlandı

Şəmkirdə həyat yoldaşı və qayınanasına xəsarət yetirən şəxs barədə cinayət işi başlanılıb.

Bakı. Samir Əli - Şəmkirdə həyat yoldaşı və qayınanasına xəsarət yetirən şəxs barədə cinayət işi başlanılıb. Şəmkir rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, fevraln 14-də rayonun Kür qəsəbəsi sakini, 1987-ci il təvəllüdlü Elnar Cəfərov aralarında yaranmış mübahisə nəticəsində həyət yoldaşı, 1988-ci il təvəllüdlü İlahə Cəfərovanı və qayınanası, 1957-ci il təvəllüdlü Nailə Əyyubovanı mətbəxdən götürdüyü çapacaqla vuraraq öldürməyə cəhd edib.