Rəsmi nikah olmadan kəbin kəsən mollalar məsuliyyətə cəlb edilsin


Digərləri 15 Fev 2019 14:56:00 239 0

Rəsmi nikah olmadan kəbin kəsən mollalar məsuliyyətə cəlb edilsin

İnzibati Xətalar Məcəlləsində rəsmi nikah sənədi olmadan kəbin kəsən mollalar üçün məsuliyyətin müəyyən edilməsi zərurəti var.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Komitəsinin sədri Hicran Hüseynova bildirib.

Onun sözlərinə görə, Azərbaycanda bütün məscidlərdə dini kəbin kəsdirən şəxslərdən Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı (VVAQ) şöbələrinin rəsmi nikah sənədi tələb olunur.

H.Hüseynova deyib ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvası ilə rəsmi nikahsız kəbin kəsilməsinə qadağa qoyub: