Azərbaycan işsizlərin sayına görə


Digərləri 15 Fev 2019 14:38:00 196 0

Azərbaycan işsizlərin sayına görə

Ötən il dekabr ayının sonunda MDB ölkələrində 1365,1 min işsiz olub.

Son.az report-a istinadən xəbər verir ki, bu, MDB Dövlətlərarası Statistika Komitəsinin məlumatına görə, öncəki ayla müqayisədə 20 min daha çoxdur.

Azərbaycan işsizlərin sayına görə MDB-də ən aşağı səviyyədə olanlar sırasındadır - 20,1 min nəfər.

İşsizlərin sayının ən az olduğu ilk üç ölkə həmçinin Belarus (12,5 min nəfər) və Moldova (18,7 min nəfər) var.

Tacikistanda işsizlərin sayı 51,8 min, Ermənistan 64,6 min, Qırğızıstanda 70,9 min, Qazaxıstanda 91,6 min, Ukraynada 341,7 min, Rusiyada isə 693,2 min nəfər təşkil edib.