Çin batutçusu: Milli Gimnastika Arenası Olimpiya səviyyəli arenadır


Digərləri 15 Fev 2019 14:24:51 200 0

Çin batutçusu: Milli Gimnastika Arenası Olimpiya səviyyəli arenadır

Milli Gimnastika Arenası Olimpiya səviyyəli arenadır

Bakı. Sara İsrafilbəyova - Milli Gimnastika Arenası Olimpiya səviyyəli arenadır. Bunu Trend-ə çinli batutçu Qao Ley deyib. Gimnast bildirib ki, o, Dünya Kubokuna tam hazırdır: “Bu yarışda güclü gimnastlar iştirak edəcək. Mən çalışacağam ki, bütün gücümlə çıxış edim”. Q.Ley əlavə edib ki, yarışda Rusiya, Belarus, Yaponiya, Portuqaliya və Fransa yığmalarını ən güclü komandalar sayır. Qeyd edək ki, Bakıda fevralın 16-17-də batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kuboku yarışı keçiriləcək. Turnirdə 31 ölkədən 200-dən artıq gimnastın mübarizə aparacağı gözlənilir. 2019 və 2020-ci illərdə Tokio Yay Olimpiya Oyunlarına batut gimnastikası üzrə təsnifat xarakterli 8 Dünya Kuboku yarışı keçiriləcək. Paytaxtımız isə bu kuboklardan ikisinə ev sahibliyi edəcək.