"Paltarı nəmnəm geyinirdim"


Şou-biznes 15 Fev 2019 14:06:00 406 0

"Paltarı nəmnəm geyinirdim"

ARB TV-nin "Səhər-Səhər" verilişinin növbəti qonağı Rafiq Hüseynov (Rəmiş) və yoldaşı Gülü olub.

Son.az bildirir ki, xalq artistinin həyat yoldaşı keçdiyi çətin dönəmlərdən söhbət açıb:  "Hər bir qadın yoldaşına dayaq, dost olmalıdır. O, səni yedizdirib, gəzdirəndə yaxşı olur, bir az çətin gündə, yeməyin, geyinməyin zəif olanda artıq o ər pis olur? Biz o ağır günləri çox yaşamışıq. Evimiz olmayıb, maşında yatmışıq. Yemək tapdığımız gün də olub, tapmadığımız da. Mən hər zaman şükür etmişəm.

İndi şükürlər olsun ki, o günlər arxada qalıb, amma mən o günləri unutmamışam. Bir dənə paltarım olub, onu yumuşam, nəm-nəm geyinmişəm. İndi o platar hər zaman dolabımda gözümün qabağındadı ki, "Gülü birdən qudurarsan ha?". İndi evimiz də var, yeməyimiz də var, özümüzə aid balaca maşınımız da var. Şükürlər olsun dolanırıq". 


Xəbərə aid foto