Bakıda ən ağıllı və şən pişiklər peyda olacaq VİDEO


Kriminal 15 Fev 2019 13:53:00 379 0

Bakıda ən ağıllı və şən pişiklər peyda olacaq  VİDEO

"MGM production" şirkəti artıq bir neçə ildir ki, "Три Кота" tamaşasını Bakıda təşkil edir. Onu mütləq qeyd etməliyik ki, bu ağıllı pişikləri hamı sevir və uşaqlardan çox, onları bəlkə də böyüklər gözləyirlər.  Bu sevginin, doğrudan da, gözəl və maarifləndirici təməli var. Pişiklər balalarımıza hər zaman çox vacib, çox lazımlı məqamlardan bəhs edirlər.

Keçən il pişiklər uşaqlara analar üçün doğum günü təşkil etməyi öyrədirdilərsə, bu il Bakıya xəzinələr axtarmağa gələcəklər. Əminik ki, onların bu sərgüzəştləri də çox maraqlı olacaq.

Sizi martın 16-sı, böyük məmnuniyyətlə, Akademik Milli Dram Teatrında keçiriləcək "Tri Kota - Xəzinələr axtatışında" adlı tamaşaya dəvət edirik!

Bilet sifarişi üçün: 050/0773549054