Boşanmaq istəyən ailələr üçün məhkəmələrdə barışdırıcı mexanizmin tətbiqi təklif edilir


Digərləri 15 Fev 2019 13:51:00 197 0

Boşanmaq istəyən ailələr üçün məhkəmələrdə barışdırıcı mexanizmin tətbiqi təklif edilir

Ailə, Qadın və Uşaq Komitəsinin sədri Hicran Hüseynova boşanmaq istəyən ailələr üçün məhkəmələrdə barışdırıcı mexanizmin tətbiqini təklif edib.

Bakı. İlhamə İsabalayeva – Ailə, Qadın və Uşaq Komitəsinin sədri Hicran Hüseynova boşanmaq istəyən ailələr üçün məhkəmələrdə barışdırıcı mexanizmin tətbiqini təklif edib. Trend-in məlumatına görə, bu təşəbbüsü irəli sürən Ailə, Qadın və Uşaq Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, müasir dövrün aktual problemlərindən hesab edilən ailədaxili münaqişələrin həlli ailə təsisatının davamlılığı baxımından olduqca vacibdir: “Əfsuslar olsun ki, bu gün biz münaqişəli ailələrin sayının artdığını müşahidə edirik. Bu da çox zaman boşanma ilə nəticələnir. Aparılan təhlillər göstərir ki, belə ailələrin boşanma səbəbləri bəzən həllediləndir. Lakin barışdırma mexanizminin olmaması və tərəflərin bir çox hallarda bir-birinə barışmaz mövqedə dayanması problemi daha da dərinləşdirir. Buna görə də məhkəmələrdə barışdırıcı mexanizmin tətbiq olunmasına ehtiyac var. Bu da “Mediasiya haqqında” qanunun qəbul edilməsini zəruri edir”.