Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin görəcəyi işlərdən danışdı


Digərləri 15 Fev 2019 13:32:00 170 0

Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin görəcəyi işlərdən danışdı

Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin görəcəyi işlərdən danışıb.

Bakı. İlhamə İsabalayeva - Sosial Tədqiqatlar Mərkəzinin işçi heyətinin mühüm bir hissəsi əvvəlki illərdə Strateji Araşdırmalar Mərkəzində (SAM) daxili siyasət üzrə çalışan insanlardan ibarət olacaq. Qalan vakansiyalarda təmsil olunacaq şəxslərə dair müxtəlif tələblər mövcuddur və onu da ən qısa zamanda bildirəcəyik. Trend-in məlumatına görə, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri Zahid Oruc deyib. Z.Oruc bildirib ki, STM-in yaradılması dövlət və vətəndaş arasında sağlam, etibarlı və dürüst əlaqələrin formalaşması məramından irəli gəlib. Məqsəd hakimiyyət institutlarına ictimaiyyətin münasibətini həm də bu yolla öyrənməklə dövlət quruculuğu prosesinə aktiv dəstək vermək, xalq qarşısında daha hesabatlı, şəffaf və ədalətli idarəçilik sistemini bərqərar etməkdir: "İndi hər kəs qəbul edir ki, istənilən rəsmi qərar cəmiyyətin ona hazırlanmasını, millətin həmin siyasətdə aktiv iştirakını tələb edir. Sosial Tədqiqatlar Mərkəzi öz imkanları və səlahiyyətləri daxilində əldə etdiyi təhlilləri, hesabatları və rəy sorğularını daimi əsasda ölkə rəhbərliyinə təqdim etməyə çalışacaq. İstər beynəlxalq təşkilatlar, istərsə də yerli institutlar, kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları ilə çiyin-çiyinə çalışmaq bizim üçün bir nömrəli vəzifədir. Eyni zamanda, hər kəs əmin olsun ki, təkcə mövqeyi dövlətin iqtisadi-siyasi xəttinə yaxın olan iqtisadçılarımızla deyil, eləcə də fərqli dünyagörüşə malik istənilən fikir adamı ilə ünsiyyətə, əməkdaşlığa və işgüzar münasibətlərə hazırıq". Qeyd edək ki, Prezident İlham Əliyevin 8 fevral 2019-cu il tarixli fərmanı ilə Sosial Tədqiqatlar Mərkəzi yaradılıb. Zahid Oruc Mərkəzin İdarə Heyətinin sədri təyin edilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin