Saratovda yol qəzasında 3 azərbaycanlı yaralanıb


Digərləri 15 Fev 2019 13:27:00 182 0

Saratovda yol qəzasında 3 azərbaycanlı yaralanıb

Rusiyanın Saratov vilayətində baş vermiş avtomobil qəzası nəticəsində 3 nəfər xəsarət alıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, xəsarət alanların 3-ü də Azərbaycan vətəndaşıdır.

Qeyd olunur ki, sürücü "Mercedes Benz Sprinter" markalı avtomobilin idarəetməsini itirərək yolun kənarına çıxıb.

Qəzadan sonra bir 38 yaşlı kişi, 51 və 61 yaşlı isə iki qadın xəstəxanaya yerləşdirilib.