"Görən olsaydı güllələyə bilərdilər" Səddam Hüseynin nəvəsi İraqdan qaçdıqları gündən danışdı FOTO


Dünya 15 Fev 2019 13:18:00 208 0

"Görən olsaydı güllələyə bilərdilər"  Səddam Hüseynin nəvəsi İraqdan qaçdıqları gündən danışdı  FOTO

Hava soyuq və hər yer qaranlıq idi

Son.az Anadolu agentliyinə istinadla xəbər verir ki, bu sözləri keçmiş İraq prezidenti Səddam Hüseynin nəvəsi Harir Hüseyn Kamil ölkədən qaçdıqları gün barədə danışarkən söyləyib.

Keçmiş liderin nəvəsi Hüseyin Kamil 2003-cü ildə İraq-Suriya sərhəddini piyada keçdiklərini dilə gətirib. 32 yaşlı Hüseyn Kamil müəllifi olduğu "Səddamın nəvəsi" adlı kitabı barədə də danışıb. O bildirib ki, kitabda Səddam Hüseyn, ailənin qadın üzvləri və babası ilə bağlı xatirələrdən bəhs edib.

"Mən İraq vətəndaşıyam. Səddam Hüseynin qızı Rağadın övladıyam", - deyən Hüseyn Kamil ABŞ-ın İraqı işğal etdiyi gün yaşananlar barədə mətbuata açıqlama verib.