“Qələbə seksdən ləzzətlidir” - baş məşqçi


İdman 15 Fev 2019 13:15:00 209 0

“Qələbə seksdən ləzzətlidir” - baş məşqçi

BATE-nin baş məşqçisi Aleksandr Baqa komandasının Avropa Liqasının 1/16 finalında Arsenal üzərində qələbəsini (1:0) şərh edib.

Goal.az xəbər verir ki, çalıdırıcı qələbənin seksdən ləzzətli olduğunu deyib. “Aydındır ki, cavab qarşılaşması çətin olacaq. Növbəti mərhələnin qapısını bir az aralaya bildik. Londonda agır oyun gözləyirik. Arsenal-ın hansı heyətlə oynayacağını təxmin etmişdik. Emeri sürpriz etmədi. Futbolçumuzun meydandan qovulması bizi həvəsdən salmadı. BATE azlıqda da mübarizə apara bildi. Uğuru sekslə müqayisə edərdim. Bu cür qələbə seksdən ləzzətlidir”,-Baqa deyib.