Firudin Qurbanov doktoranturaya qəbul olunmuş gənc alim və mütəxəssislərlə görüşüb (FOTO)


Digərləri 15 Fev 2019 13:08:32 362 0

Firudin Qurbanov doktoranturaya qəbul olunmuş gənc alim və mütəxəssislərlə görüşüb (FOTO)

Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firidun Qurbanov 2018-ci il üçün təsdiq olunmuş qəbul planına uyğun olaraq fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturaya qəbul olunmuş gənc alim və mütəxəssislərlə görüşüb.

Bakı. Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firidun Qurbanov 2018-ci il üçün təsdiq olunmuş qəbul planına uyğun olaraq fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturaya qəbul olunmuş gənc alim və mütəxəssislərlə görüşüb. Universitetdən Trend-ə verilən məlumata görə, müasir dövrdə Azərbaycanın təhsil sistemində ciddi islahatların aparılmasına, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən davamlı işlərə diqqət çəkən Firudin Qurbanov, eyni zamanda, bu il 100 illiyini qeyd edəcək Bakı Dövlət Universtetinin innovasiya, yaradıcılıq, akademik tədqiqata böyük töhfələr verən, yüksəkixtisaslı kadrlar hazırlayan müasir elm və təhsil mərkəzi olduğunu bildirib. Firudin Qurbanov qeyd edib ki, kafedralarda doktorantların dissertasiya işlərinin mövzuları müzakirə edilərkən ciddi təhlillər və araşdırmalar aparılmalı, mövzunun aktual olmasına, onun ədəbiyyatda necə əks olunması, tədqiqatcılar tərəfindən işlənmə səviyyəsi nəzərə alınaraq elmi-texniki tərəqqinin tələblərinə cavab verməsinə xüsusi fikir verilməlidir. Mövzular muəyyənləşdirilərkən еlmin, təhsilin müasir və pеrspеktiv inkişafı, elm və təhsil qarşısında duran rеal vəzifələr, bu sahədəki dövlət siyasəti, aparılan islahatlar və ölkəmizin daha da inkişaf etməsini təmin edən prioritet istiqamətlər nəzərə alınmalıdır.