Türkiyədə zavodda PARTLAYIŞ baş verib


Dünya 15 Fev 2019 12:45:00 212 0

Türkiyədə zavodda PARTLAYIŞ baş verib

Türkiyənin İzmir vilayətində sənaye zonasının ərazisində partlayış baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, polis hadisə yerinə gəldikdən sonra partlayış olan ərazidə daha bir şübhəli paket aşkar edib.

Həmin paketin içərisində partlayıcı maddənin olduğu müəyyən edilib. Bir müddət sonra həmin maddə zərərsizləşdirilib.