"Bu addım ölkədə elm və təhsilin inkişafına öz dərin töhfəsini göstərəcəkdir"


Digərləri 15 Fev 2019 12:40:00 264 0

"Bu addım ölkədə elm və təhsilin inkişafına öz dərin töhfəsini göstərəcəkdir"

Azərbaycanda elmə, təhsilə, elmi təhsil müəssisələrində çalışanlara dövlət qayğısı hər zaman prioritet məsələ olub və dövlət başçısı tətəfindən davamlı olaraq bu kateqoriyadan olan insanların sosial müdafiəsi gücləndirilir.

Bu barədə Son.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov bildirib.

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən imzalanmış yeni sərəncamlar elm və ali təhsil müəssisələrində təqaüdlərin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir: "Həmin sənədlərə əsasən, doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin artırılması nəzərdə tutulub. Sosial humanizmin ən mühüm istiqamətlərindən biri kimi dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, göstəriciləri yaxşı olan bütün tələblərin təqaüdlərinin artırılması nəzərdə tutlubdur. Belə ki, elmlər doktoru hazırlığı üzrə doktorantların təqaüdlərinin 300 manat, fəlsəfə doktoru hazırlığı üzrə doktorantların təqaüdlərinin 180 manat, eləcə də akademik göstəriciləri yüksək olan tələbələrin təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılması elm və təhsilə marağın daha da stimulaşmasına, ölkəmizdə elm və təhsilin inkişafına öz dərin töhfəsini göstərəcəkdir".