ÇİN və ABŞ arasında ticarət mübahisəsinin həlli ilə bağlı növbəti görüş bitdi


Dünya 15 Fev 2019 11:55:00 246 0

ÇİN və ABŞ arasında ticarət mübahisəsinin həlli ilə bağlı növbəti görüş bitdi

Çin və Amerika Birləşmiş Ştatlarının nümayəndələri arasında ticarət məsələlərinə dair ikigünlük məsləhətləşmələrin növbəti raundu yekunlaşıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, məsləhətləşmələr Pekində fevralın 14-15-də keçirilib.

Məlumata görə, görüşdə iki ölkə arasında ticarət məsələləri ilə bağlı fikir ayrılıqları müzakirə olunub.