Azercell-in Barama Mərkəzi yeni inkubasiya proqramına başlayır


Digərləri 15 Fev 2019 11:52:49 263 0

Azercell-in Barama Mərkəzi yeni inkubasiya proqramına başlayır

“Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi innovativ və maraqlı ideyalarını uğurlu biznesə çevirmək arzusunda olan startaplara növbəti dəfə dəstək olur.

Bakı. “Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi innovativ və maraqlı ideyalarını uğurlu biznesə çevirmək arzusunda olan startaplara növbəti dəfə dəstək olur. Belə ki, 10 il fəaliyyətdə olan mərkəz ölkədə sahibkarlıq mühitinin və rəqəmsal ekosistemin inkişafı üçün “Barama İnkubasiya Proqramına” start verir. Proqramın məqsədi gənc startapçılara yardım etmək, müxtəlif dəstək resursları və xidmətlər vasitəsilə onların biznesini sürətləndirməsinə təkan verməkdən ibarətdir. Layihədə uğur qazanan startaplar 6 ay ərzində ödənişsiz ofis dəstəyi, peşəkar konsultasiya xidmətləri, təlim proqramları, biznes şəbəkəsi ilə sıx işgüzar əlaqələr qurmaq imkanı əldə edəcəklər. İnkubasiya proqramında İnformasiya Texnologiyaları, Virtual oyunlar, Media, Səhiyyə texnologiyaları (MedTech), Əşyaların İnterneti (IoT), Maliyyə texnologiyaları (FinTech), Kənd təsərrüfatında innovativ həllər (AgTech), Virtual Reallıq (VR), Artırılmış Reallıq (AR), Süni Zəka (AI), Bulud Hesablamaları və Biznes Həlləri, Sığorta Həlləri (İnsurtech), Səyahət və Turizm ( TravelTech), Proqram təminatı xidmət kimi (SaaS) layihələrinə daha çox üstünlük veriləcək.