Klopp: “İki güclü komandanın qarşılaşmasında favorit olmur”


İdman 15 Fev 2019 11:31:00 257 0

Klopp: “İki güclü komandanın qarşılaşmasında favorit olmur”

Liverpool-un baş məşqçisi Yurgen Klopp komandasının Çempionlar Liqasının 1/8 finalında Bayern Münich-lə oyunda favorit olması ilə bağlı deyilənlərə aydınlıq gətirib.

Goal.az xəbər verir ki, çalışdırıcı matçda favorit görmədiyini deyib. “Hamı bizi favorit hesab edir. Düzü, bu fikir məndə gülüş yaradır. İki güclü komandanın qarşılaşmasında favorit olmur. Kimin qalib gələcəyini əvvəlcədən demək mümkün deyil. Heç kim düşünməsin ki, Liverpool artıq növbəti mərhələdədir. Bizim üçün çətin olacaq. Bayern Münich-i də asan qarşıdurma gözləmir. Biz indiyədək mükafat qazanmamışıq. Bu, yaxşı deyil. Boşluğu aradan qaldırmaq üçün qələbə lazımdır. Buna can atırıq”, - mütəxəssis deyib.