Bakıda xanım polis kapitanı qəzaya düşdü VİDEO FOTO


Digərləri 15 Fev 2019 11:26:12 232 0

Bakıda xanım polis kapitanı qəzaya düşdü  VİDEO  FOTO

Bu gün səhər Bakının Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsindəki "Karl Marks" dairəsində qəza olub. 

Son.az unikal.org-a istinadən xəbər verir ki, taksi fəaliyyəti ilə məşğul olan 99 BA 273 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil, xanım polis kapitanının idarə etdiyi 99 LR 515 dövlət nömrə nişanlı "KİA Sportage" markalı maşınla toqquşub. Hər iki avtomobilə ciddi ziyan dəyib. 

Hadisə yerinə gələn polis əməkdaşlarının verdiyi məlumata görə, hadisə taksi sürücüsünün səhvi ucbatından baş verib. Belə ki, "Mercedes" "KİA"nın hərəkətinə maneə yaradıb. 

Qəza nəticəsində hər iki istiqamətdə tıxac əmələ gəlib.

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar