Bakı Ali Neft Məktəbində “Mühəndislər üçün Biznes təhsili”nin növbəti dərsləri başladı


Digərləri 15 Fev 2019 11:27:00 294 0

Bakı Ali Neft Məktəbində “Mühəndislər üçün Biznes təhsili”nin növbəti dərsləri başladı

Bakı Ali Neft Məktəbi (BANM) və BP şirkətinin birgə əməkdaşlığı çərçivəsində ərsəyə gələn "Mühəndislər üçün Biznes təhsili" layihəsinin yeni qrupları üçün açılış mərasimi keçirilib.

BANM-dan Son.az-a verilən məlumata görə, açılışda çıxış edən Ali Məktəbin rektoru Elmar Qasımov bildirib ki, "Mühəndislər üçün biznes təhsili" layihəsinin əsas məqsədi güclü texniki biliklərə malik olan mühəndislərdə biznes təfəkkürünün, menecer bacarıqlarının formalaşmasına nail olmaqdır. Rektor Elmar Qasımov layihədə tədris olunacaq modullardan və onların iştirakçıların gündəlik, həmçinin karyera həyatlarına təsir edəcək müsbət tərəflərindən danışıb.

Layihənin koordinatoru Ləman Hüseynova iştirakçılara BANM haqqında təqdimat edib, daha sonra layihədə iştirak etməyin qaydaları, modullar, təlimçilər və s. haqqında məlumat verib.

Daha sonra "Mühəndislər üçün biznes təhsili" layihəsinin modullarından biri - "Danışıqların aparılması bacarıqları" modulunun təlimçisi, BANM-ın proqram meneceri Nərgiz Tarverdiyeva çıxış edərək, proqramın modulları - Təqdimat və kommunikasiya bacarığı, Layihələrin idarə edilməsi, Vaxtın idarə edilməsi və effektivlilik, Liderlik, Risklərin idarə edilməsi, Maliyyənin əsasları: Büdcə və xərclərə nəzarət, İnsan resurslarının idarə edilməsi modullarının mahiyyəti və əsas məqsədi haqqında iştirakçılara məlumat verib.