2018ci ildə manatın məzənnəsi əsas valyutalara nisbətdə bahalaşıb


Digərləri 15 Fev 2019 11:18:00 237 0

2018ci ildə manatın məzənnəsi əsas valyutalara nisbətdə bahalaşıb

Ötən il ərzində manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankın (AMB) ötən ilin yanvar-dekabr ayları üzrə pul siyasəti icmalında qeyd olunub.

İcmalda qeyd olunub ki, banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri dəyişkənlik nümayiş etdirsə də rəsmi məzənnəyə yaxın olub. İl ərzində kommersiya banklarının orta günlük alış məzənnəsi 1,6965, satış məzənnəsi isə 1,7023 manat təşkil edib. Rəsmi məzənnə ilə kommersiya banklarının orta günlük alış məzənnəsi arasında fərq 0,2% (0,0035 manat), satış məzənnəsi ilə isə 0,1% (0,0023 manat) olub.