Bakıda dəhşətli QƏZA - ər öldü, arvadı sağ qaldı (VİDEO)


Digərləri 15 Fev 2019 10:54:12 178 0

Bakıda dəhşətli QƏZA - ər öldü, arvadı sağ qaldı (VİDEO)

Ötən gün Müşfiqabad-Qaradağ yolunda dəhşətli qəza baş verib.

Bakı. Ceyhun Ələkbərov - Ötən gün Müşfiqabad-Qaradağ yolunda dəhşətli qəza baş verib. Trend-in məlumatına görə, hadisə saat 13:00 radələrində qeydə alınıb. Qaradağ istiqamətində hərəkət edən 40-BN-205 dövlət nömrə nişanlı "Niva" markalı avtomobil əks istiqamətdə hərəkətdə olan "Toyota" markalı avtomobil ilə toqquşub. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib, "Niva"nın sürücü hadisə yerində dünyasını dəyişib, onun həyat yoldaşı 1975-ci il təvəllüdlü Rəsmiyyə Əşrəf qızı Nəsrüllayeva isə təcili tibbi yardımla xəstəxanaya çatdırılıb.