Reyhanə Camalova Azərbaycanı yenidən təmsil edəcək - ABŞ-da


Digərləri 15 Fev 2019 10:27:44 170 0

Reyhanə Camalova Azərbaycanı yenidən təmsil edəcək - ABŞ-da

Bakı şəhəri 283 nömrəli tam orta məktəbin X sinif şagirdi Reyhan Camalova “Sabahın alimləri” VIII Respublika müsabiqəsinin qalibi olub.

Bakı. İlhamə İsabalayeva - Bakı şəhəri 283 nömrəli tam orta məktəbin X sinif şagirdi Reyhan Camalova “Sabahın alimləri” VIII Respublika müsabiqəsinin qalibi olub. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, R.Camalova müsabiqədə “Mühəndislik” nominasiyası üzrə I yeri tutaraq qızıl medalla təltif edilib. Bu uğuruna görə R.Camalova 12-17 may 2019-cu il tarixində ABŞ-ın Finiks şəhərində keçiriləcək İntel ISEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisində “Rainergy” layihəsi ilə Azərbaycanı təmsil etmək imkanı qazanıb. Müsabiqədə ümumilikdə 54 layihə qalib seçilib. Qaliblərə pul mükafatı, diplom, medal və hədiyyələr təqdim olunub.