Bu gün Münhen Təhlükəsizlik Konfransı işə başlayır


Dünya 15 Fev 2019 09:52:00 206 0

Bu gün Münhen Təhlükəsizlik Konfransı işə başlayır

Bu gün 55-ci Münhen Təhlükəsizlik Konfransı işə başlayır.

Son.az report-a istinadən xəbər verir ki, bu il Münhen Forumunda təhlükəsizlik siyasəti sahəsində mütəxəssis olan 600 nəfər, o cümlədən 35 dövlət və hökumət başçısı, 80 müdafiə və xarici işlər naziri iştirak edəcək.

Forumun rəhbəri Volfqanq İşinger jurnalistlərə açıqlamasında qeyd edib ki, bir neçə yüksək çinli siyasətçinin iştirakdan imtina etməsinə baxmayaraq, builki Münhen Təhlükəsizlik Konfransı 50 ildən çox tarixi ərzində ən vacib və ən böyük konfrans olacaq.

Azərbaycanı iclasda xarici işlər naziri Elmar Məmmədyarov təmsil edir.