Deputatlarımız Avstraliyaya gedir


Digərləri 15 Fev 2019 09:24:00 196 0

Deputatlarımız Avstraliyaya gedir

Milli Məclisin Avstraliya və Yeni Zelandiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyev və qrupun üzvü Asim Mollazadə fevralın 15-də Avstraliyanın Sidney şəhərinə səfər edəcəklər.

Bakı. Elçin Mehdiyev - Milli Məclisin Avstraliya və Yeni Zelandiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyev və qrupun üzvü Asim Mollazadə fevralın 15-də Avstraliyanın Sidney şəhərinə səfər edəcəklər. Məclis Aparatından Trend-ə verilən məlumatına görə, deputatlarımız bir sıra görüşlər keçirəcək, Azərbaycanla Avstraliya arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı barədə məsələləri müzakirə edəcək, qanun yaradıcılığı ilə bağlı təcrübələrini bölüşəcəklər. Səfər fevralın 27-də başa çatacaq. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin