Nazir: "Sosial müavinətin unifikasiyası ilə bağlı kompleks yanaşma hazırlanır"


Digərləri 15 Fev 2019 08:55:00 217 0

Nazir: "Sosial müavinətin unifikasiyası ilə bağlı kompleks yanaşma hazırlanır"

Azərbaycanda hal-hazırda sosial müavinətin unifikasiyası ilə bağlı kompleks yanaşma hazırlanır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu mətbuat konfransı zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, sosial müavinətlərin çox olduğundan onların unifikasiyasına ehtiyac yaranıb: "Hal-hazırda təxminən 80 sosial müavinət növü var və bu kifayət qədər böyük göstəricidir. Bununla, onlardan bəzilərinin verilmə müddətləri artıq bitib, buna görə də, bu məsələdə kompleks və savadlı yanaşma lazımdır, nəzərə alaraq ki, vətəndaşların müəyyən kateqoriyası bu prosesdən kənarda qalıb".