ABŞ Nümayəndələr Palatası büdcə haqqında qanunu qəbul edib


Dünya 15 Fev 2019 08:59:00 265 0

ABŞ Nümayəndələr Palatası büdcə haqqında qanunu qəbul edib

ABŞ Konqressinin Nümayəndələr Palatası bir sıra nazirliklər və sərhəd təhlükəsizliyinin büdcəsi haqqında qanunu qəbul edib.

Son.az Trend-ə istinadən bildirir ki, sənəd prezident Donald Trampa imzalanması üçün göndərilib. Daha öncə büdcə qanunu Senat tərəfindən qəbul edilib.

Prezident Tramp növbəti "şatdaun"un (nazirliklərin və qurumların işlərinin müvəqqəti dayandırılması) qarşısını almaq üçün cümə gününün sonuna kimi sənədi təsdiqləməlidir.