Moskvada azərbaycanlı güllələnərək qətlə yetirilib atəş "BMW X6"dən açılıb


Dünya 15 Fev 2019 08:33:00 216 0

Moskvada azərbaycanlı güllələnərək qətlə yetirilib  atəş "BMW X6"dən açılıb

Moskvada Azərbaycan əsilli şəxs avtomobildən açılan atəş nəticəsində həyatını itirib.

Son.az report-a istinadən bildirir ki, hazırda polis hadisə yerindən uzaqlaşan maşını və onun içərisində olan şəxsləri axtarır.

Əldə edilən məlumatlara görə, Səmərqənd bulvarı küçəsi, məhəllə 1, ev 6 ünvanında naməlum şəxslər "BMW X6" markalı avtomobildən odlu silahla bir kişini güllələyiblər. Hadisə fevralın 15-i gecə saatlarında baş verib. Odlu silahla vurulan şəxs - təqribən 45 yaşlı azərbaycanlı həyatını itirib.