Ərdoğan: "Onlara görə Ankara 35 milyard dollar xərcləyib"


Dünya 15 Fev 2019 08:15:00 241 0

Ərdoğan: "Onlara görə Ankara 35 milyard dollar xərcləyib"

Türkiyə Suriyada vəziyyətin sabitləşməsi üçün əlindən gələni edir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran və Rusiya prezidentləri Həsən Ruhani və Vladimir Putinlə Soçidə birgə mətbuat konfransı zamanı deyib.

Ərdoğan bildirib ki, Suriyada sülh və sabitlik Türkiyə üçün hər şeydən vacibdir. Prezident qeyd edib ki, hal-hazırda ölkəsinin ərazisində 3 milyon suriyalı qaçqın yaşayır və onların təmin olunması üçün Ankara 35 milyard dollar xərcləyib.