Moskvada çeçenlər azərbaycanlının kafesinə silahlı hücum ediblər, 10 nəfər yaralanıb FOTO


Dünya 15 Fev 2019 07:21:00 340 0

Moskvada çeçenlər azərbaycanlının kafesinə silahlı hücum ediblər, 10 nəfər yaralanıb  FOTO

Moskvanın cənub-şərqində yerləşən kafedə atışma ilə müşayiət olunan kütləvi dava zamanı azı 10 nəfər xəsarət alıb.

Son.az report-a istinadən bildirir ki, hadisə ilə əlaqədar olaraq 20 nəfər saxlanılıb.

İnsident fevralın 14-ü saat 23:00 radələrində, Moskvanın Peçatniki rayonunun Kuryanova küçəsi, ev 28 ünvanında, azərbaycanlı Yaşar Əliyevə məxsus "Neolit" kafesində baş verib.

Hadisə zamanı restoranda Valentin günü münasibəti ilə xeyli sayda müştəri olub. Kənardan müəssisəyə gələn təqribən 70-100 nəfər çeçen mənşəli şəxs kafedəki müştəriləri bayıra çıxartdıqdan sonra, əllərində bıçaq və travmatik tapança ilə içəri daxil olublar.

Atışma və kütləvi davadan sonra onlar hadisə yerindən avtomobillərlə qaçıblar. Canilər gedərkən müşahidə kameralarındakı qeydləri də özləri ilə aparıblar.


Xəbərə aid fotolar