Altay dağlarında qədim qayaüstü rəsmlər Yerə enən tanrılar yoxsa yadplanetlilər?


Digərləri 15 Fev 2019 01:30:00 276 0

Altay dağlarında qədim qayaüstü rəsmlər  Yerə enən tanrılar yoxsa yadplanetlilər?

Altay vilayətinin Kalbak-Taş rayonu təbiət gözəlliyi ilə yanaşı 5 minə yaxın qayaüstü rəsmi ilə də məşhurdur.

Son.az ölkə.az-a istinadən bildirir ki, bu qayaüstü rəsmlər arasında müəyyən sakral məlumatları da özündə saxlayan işarələr var.

Qayaüstü rəsmlərdə pələng, maral, keçi və digər vəhşi heyvanlar, onların ov mərasimi təsvir edilib. Bu rəsmlər mağara insanının həyatı, geyimi, yaradıcılığı haqqında, onların inam və etiqadı barədə məlumat verir.

Amma onlar arasında elə rəsmlər var ki, hansısa uçan aparat və qumanoidlər təsvir edilib. Bu qumanoidlər elə də insana bənzəmir. Ortodoksal elm bu faktı belə izah edir: Rəsmlərdə tanrılar təsvir edilib. Belə bir izah isə yeni suallar ortaya çıxarır. İnsan bütün tarix boyu ali qüvvələrə sitayiş edib, inanıb. Belə çıxır ki, Altay sakinləri uçan boşqabları və yadplanetliləri görüblər və onları Tanrı qəbul edərək daşın üzərinə bunu qeyd ediblər.


Xəbərə aid fotolar