Kiməsə təkəbbürlülük edən şəxs, ehtiyac əlini həmin insana uzada bilər


Digərləri 14 Fev 2019 23:50:00 259 0

Kiməsə təkəbbürlülük edən şəxs, ehtiyac əlini həmin insana uzada bilər

Bir gün İmam Kazım (ə) toz-torpağa bulaşmış bir şəxsin yanından keçirdi. Ona salam verir və yanında əyləşir. Uzun müddət söhbət edirlər. Sonra İmam (ə) həmin şəxsə buyurur ki, mən sizə xidmət etmək üçün hazıram. Hər nə işin varsa de, yardım edim.

Son.az deyerler.org-a istinadən bildirir ki, bir nəfər İmam Kazıma (ə) deyir: "Təəccüblüdür. Siz bu şəxsin yanına gəldiniz və onunla yoldaş oldunuz. İndi də ona xidmət etmək istəyirsiniz? Halbuki, o, sizə xidmət etməyə daha layiqlidir".

İmam (ə) isə həmin şəxsin cavabında buyurur: "Bu şəxs - Allah bəndələrindəndir. Allahın Kitabına görə din qardaşımdır və Allah şəhərlərindəki qonşumdur. Mənim və onun atası - Həzrət Adəm (ə) eynidir. O, ən yaxşı atadır. Ən üstün din - İslam dinidir.