Din insana nə üçün lazımlıdır?


Digərləri 14 Fev 2019 23:40:00 239 0

Din insana nə üçün lazımlıdır?

Din insana nə üçün lazımdır? Bu sualın cavabı əlbəttə ki, hətta avam insanlar üçün də belə, aydındır. Ancaq bəzən bu mövzunu daha dərindən tədqiq etməyə ehtiyac yaranır.

İlk olaraq biz dinin nə olduğuna diqqət etməliyik, sonra insana diqqət etməliyik. Bu zaman bilərik ki, din insan həyatı üçün niyə zəruridir. Əgər din ilə insanı tanımasaq, bu sualı cavablandıra bilmərik.

Din ibarətdir - etiqadlar və insanın əbədi saədətinə təsir edə bilən rəftarlar məcmuəsindən. Əgər onlar olmazsa, insan bədbəxt ola bilər.

Son.az deyerler.org-a istinadən bildirir ki, başqa sözlə deyə bilərik ki, dinin üç bölməsi vardır: etiqad, əxlaq və əhkam.

Bu tərifə əsasən, əgər insan bu deyilənlərdən birinə etiqad bəsləməzsə, onu dindar adlandırmaq olmaz. Misal üçün, insanın əqidəsi düzgün olar, ancaq əməlində onu büruzə verməzsə, onu dindar adlandırmaq olmaz. Çünki insan elə varlıqdır ki, bir şeyə etiqad bəsləyərsə, onu əməlində də büruzə verər. "Hər kim - kişi yaxud qadın - imanı olan halda yaxşı iş görsə, onu şübhəsiz, (dünyada) pak bir həyatla yaşadacaq və (axirətdə) mükafatlarını çox gözəl olan əməllərinin müqabilində verəcəyik". ("Nəhl" 97).

İman - yəni, etiqad. Etiqad - yəni, saleh əməl. Saleh əməl - yəni mükafatlandırılma. Bu deyilənlərin hamısı bir-biri ilə rabitədə olduğu üçün, birinin olmaması artıq insanı süqut etdirə bilər.