Bunu deməyə çəkinməyin, sonra çox gec olacaq...


Digərləri 14 Fev 2019 23:46:00 256 0

Bunu deməyə çəkinməyin, sonra çox gec olacaq...

Sevgi dünyanı, insanlığı yaşadan, kişi ilə qadını, övlad ilə valideyni, yaşamaqla insanı bir-birinə bağlayan yeganə bağdır desək, yanılmarıq.

Oksitosin, dopamin, seratonin, endorfin, adrenalin... Eşq iksiri adlandırılan bu hormonların beyində ifrazından sonra yaranan eşq ən əsas təsirini ürək üzərində göstərir. Sinədə yaranan sıxıntı və həyəcan hissi, çırpıntı, ürəyin nizamsız atışları, anlamı olmayan narahatlıq halı eşqin bədəni ələ keçirdiyindən xəbər verir. Lakin bu duyğular bilinənin əksinə, ürəyə yaxşı gəlir. Eşq ürək infarktı riskini azaldır, ürəyin ömrünü uzadır. Bu fakt elmi baxımdan da təsdiq edilib.

Təzyiq problemini aradan qaldırır

Səhv oxumadınız! Eşq və sevgi təzyiqi normallaşdırır. Elmi araşdırmalar sayəsində üzə çıxıb ki, qucaqlaşmadan sonra 10 dəqiqə sevgi ilə danışmaq, söhbət etmək təzyiqi normallaşdırır. Bu təsirin təməlində oksitosin hormonu dayanır. Son.az publika.az-a istinadən xəbər verir ki, təzyiqi normallaşdıran digər təsirlər isə stressin azalması, yuxu keyfiyyətinin artması, şəxsi gigiyena və düzgün qidalanmadır.

Xolesterolun səviyyəsini aşağı salır

Qulağa qəribə səslənə bilər, amma sevgi xolesterol səviyyəsini də yaxşılaşdırır. Xoşbəxt cütlüklər stressdən uzaq qalmaqla yanaşı, xolesetrolun artması problemindən də qurtulurlar. Xoşbəxt insanların qida rasionunun daha sağlam olması xolesterolun səviyyəsinə təsir edir. Mütəmadi idman edən cütlüklər təkbaşına idman edənlərlə müqayisədə daha uzun müddət öz vərdişlərindən əl çəkmirlər.

Ömrü uzadır

Xoşbəxt münasibət yaşayan cütlüklər digər insanlarla müqayisədə daha uzun yaşayırlar. Tək yaşayan insanlarda depressiya və sağlam olmayan qida rasionuna meyillilik daha çoxdur. Siqaret və spirtli içki kimi zərərli vərdişlərə meyil göstərmək daha asandır. Elmi araşdırmalar tək yaşayan qadınların 2 il, kişilərin 6 il ömürlərinin qısaldığını sübut edib.