İŞİDin son istehkamı sərt müqavimət göstərir


Digərləri 14 Fev 2019 23:35:00 238 0

İŞİDin son istehkamı sərt müqavimət göstərir

ABŞ-ın dəstəklədiyi qüvvələr İŞİD-in şərqi Suriyadakı son istehkamını almaq üzrədirlər.

Əsasən kürdlərdən ibarət Suriya Demokrat Qüvvələri (SDQ) bazar ertəsi Deir əs-Zur vilayətinin Bağuz şəhəri ətrafında daha çox ərazi ələ keçiriblər.

"500 metr radiusu zəbt etmişik və döyüşçülərimiz şəhərə irəliləyirlər," deyə Amerikanın Səsinə danışan SDQ komandiri bildirib.

"Bütün mülki vətəndaşlar Bağuzu tərk edib. Qalanlar yalnız İŞİD döyüşçüləridir," o əlavə edib.

ABŞ rəsmiləri deyir ki, İŞİD döyüşçüləri tam mühasirəyə alınıblar.