Artrit, artroz, revmatizm... 20 xəstəliyin dərmanı –


Digərləri 14 Fev 2019 23:05:00 217 0

Artrit, artroz, revmatizm... 20 xəstəliyin dərmanı –

Yəqin ki, gənəgərçək yağı barədə eşitmisiz?Çoxunuz ondan yalnız saç tökülməsində və qəbizlikdə istifadə  edirsiz.

Son.az medicina.az-a istinadən bildirir ki, gənəgərçək yağının tərkibində olan zəngin yağ turşuları və risiniol turşusu sayəsində o, antivirus, ağrıkəsici, antibakterial təsir göstərir.

Buna görə də kürək, bel, oynaq ağrıları və iltihabında, oturaq sinir iltihabında bu yağdan effektiv nəticə almaq olar. Eləcə də gənəgərçək  yağı xroniki qəbizliyi aradan qaldırır.

Artrit, artroz, radikulit, oynaq və bel ağrılarında, zədələrdə, ağrıyan nahiyələrə isti və ya ilıq gənəgərçək yağında tənzifi isladıb kompress qoyun. Eləcə də ağrılarda təcili yardım üçün ağrı nahiyəsini gənəgərçək yağı ilə yüngül masaj edin. Gündə 3 dəfə təkrarlayın.