Torpaq sənin sözlərini deməkdən xəcalət çəkir...


Digərləri 14 Fev 2019 22:55:00 230 0

Torpaq sənin sözlərini deməkdən xəcalət çəkir...

Sənin yanğılı göz yaşlarını Mədinənin soyuq küçələrində tapmışam. Ulduzların üzərinə sənin xəttinlə yazılmış günəş qəzəlini oxumuşam. Mən sənin mübarək cismində olan göyərmiş yaranın xəbərini Bəqinin kənarından keçən karvandan almışam. Bu, sənin eşq şölələrindir ki, yorğun insanı belə, günəşin qonaqlığına çağıra bilir...

Son.az deyerler.org-a istinadən bildirir ki, sənin bir baxışından üfüq öz rəngini itirir. Mən qəbrinin sükutunda minlərlə günəşin batmasını görmüşəm. Əgər qəbrini tanımıramsa da, günəşi ki, tanıyıram. Hər bir daş sənin qəbrindən xəbər verir.

Adın dillərə necə də rahat oturur. Xatirən qəlbləri yandırır. Adın çəkilən zaman zehinlər bir anlıq dayanır və Mədinə küçələrində sənin izini axtarır. Qana batmış libasın və göyərmiş biləyinlə ki, davamlı olaraq atan öpərdi, o küçələrdə pərişan olmuşdun.

Adın çəkilən kimi mələklər gələrlər və şairlərə ilham verərlər. Sonra yazılan şeirləri səmaya qaldırarlar.

Torpaq sənin sözlərini deməkdən xəcalət çəkir. Torpaq əhli sənin haqqında danışa bilmir. Ancaq qalır bircə quyular. Onları da İmam Əli (ə) səma rənginə salmışdır...