Antibiotik müalicəsindən sonra bu qidaları qəbul edin


Digərləri 14 Fev 2019 22:25:00 196 0

Antibiotik müalicəsindən sonra bu qidaları qəbul edin

Antibiotik istifadəsi zamanı qidalanmaya fikir verməyi məsləhət görən mütəxəsisslər antibiotiklərin bağırsaqlarda olan bakteriyalara təsir göstərdiyini bildirirlər. Buna görə də, həmin zaman qidalanmaya xüsusi diqqət yetirilməlidir.

Hər dəfə soyuqdəymə və digər infeksion xəstəliklər zamanı həkimlə məsləhətləşilmədən qəbul edilən antibiotik tərkibli dərmanlar bağırsaqların təbii mikroflorasını pozur.

Son.az medicina.az-a istinadən antibiotik istifadəsi zamanı yeməli olduğunuz qidaların siyahısını açıqlayır:

Hər hansı bir bakterial infeksiyanın qarşısını almaq üçün istifadə edilən antibiotiklər bağırsaqlarda yaşayan faydalı bakteriyaların məhvinə səbəb ola bilər. Bu zaman ürək bulanma, ishal, iştahasızlıq kimi əlamətlər meydana çıxır. Antibiotik müalicəsi sonrası bağırsaqların bakterial mikroflorasının bərpası çox vacibdir.

Probiotik tərkibli qidalar

Probiotik bakteriyaları əsasən qatıq, pendir, kefir və turşu kimi fermentləşmiş qidaların tərkibində çox miqdarda olur. Prebiotiklər bağırsaqlardakı probiyotik bakteriyaların qidasıdır. Başqa sözlə desək bağırsaqlarda olan faydalı bakteriyaların normal fəaliyyəti üçün prebiotik tərkibli qidalar vacibdir.