İngiltərə parlamentini 10 leyborist deputat tərk edə bilər


Dünya 14 Fev 2019 22:26:00 287 0

İngiltərə parlamentini 10 leyborist deputat tərk edə bilər

İngiltərənin Leyboristlər partiyasını təmsil edən 10 deputat istefa verəcəyini açıqlayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki,  onlar partiya lideri Ceremi Korbin tərəfindən ikinci referendum çağırışı olmadığı təqdirdə istefaya hazırlaşdıqlarını bildiriblər. Partiya nümayəndələri Ceremi Korbinin Baş nazir Tereza Meyə yetərincə təzyiq göstərmədiyini deyiblər.