İsa Məsih şərab içib?


Digərləri 14 Fev 2019 22:10:00 374 0

İsa Məsih şərab içib?

Həzrət İsa Peyğəmbərin (ə) şərab içməsi haqqında xristian mənbələrindəki məlumatların əsası varmı?

Son.az islam.az-a istinadən bildirir ki, Allahın haram buyurduqları hər zaman haram olub. Bütün peyğəmbərlər vicdanın haram buyurduğu əməlləri günah kimi elan etmişlər. Qətl törətmək, zina etmək, şərab içmək, qumar oynamaq, yalan danışmaq, faiz (sələm) almaq və vermək, oğurluq etmək və s. əməllər zamandan asılı olmayaraq bütün dinlərdə qadağan olub. Heç bir peyğəmbər bu kimi günahlara haqq qazandırmayıb, özü də bunlara bulaşmayıb. İslama görə, Həzrət İsa Peyğəmbərin (s) guya şərab içməsi və şərabı halal bilməsi barədə İncildəki məlumatlar həqiqətdən uzaqdır. İslam inancına əsasən, bu, bir daha sübut edir ki, İncil təhrif olunmuş, dəyişdirilmişdir. Həzrət İsa (ə) əslində şərab içməmiş, ətrafındakıları da şərabdan çəkindirmişdir.