Ukraynada prezident seçkilərinə 45 gün qalmış reytinqlərə şoumen liderlik edir


Dünya 14 Fev 2019 21:59:00 216 0

Ukraynada prezident seçkilərinə 45 gün qalmış reytinqlərə şoumen liderlik edir

Ukraynada keçiriləcək prezident seçkilərinə 45 gün qalmış namizədlərin reytinqində ilk üçlükdə şoumen Vladimir Zelenskiy, hazırkı Prezident Petro Poroşenko və sabiq baş nazir, "Batkivşina" partiyasının lideri, deputat Yuliya Timoşenko qərarlaşıb.

Bu reytinqin nəticəsi Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun yanvarın 31-i-fevralın 10-da apardığı sorğuda məlum olub.

Sorğuda iştirak edənlərin 26,9 faizi Zelenskiyə, 17,7 faizi Poroşenkoya, 15,8 faizi isə Timoşenkoya səs veriblər. Respondentlərin təxminən yarısı seçkilərdə hansı namizədin qalib gələcəyini söyləyə bilməyib.