Arı südü ilə müalicə Bu ağır xəstəliklərdən xilas edir


Digərləri 14 Fev 2019 22:05:00 226 0

Arı südü ilə müalicə  Bu ağır xəstəliklərdən xilas edir

Bəzi alimlər arı südünü bütün xəstəliklərin əlacı kimi görür, bəziləri isə bu maddənin hələ çox araşdırılmasının vacibliyini bildirirlər.

Bəs görəsən, arıçılığın bu məhsuluna olan maraq haradan qaynaqlanır? Ana arı işçi arılardan yalnız öz böyük bədən ölçüsünə görə deyil, həm də gün ərzində 2500-300 ədəd yumurta qoymaq qabiliyyəti ilə seçilir.   Son.az medicina.az-a istinadən bildirir ki, ana arının ömrü 2-6 il, işçi arıların ömrü isə 30-35 gün təşkil edir. Nə üçün bir yumurtadan işçi arılar, digərlərindən isə ana arılar çıxır. Burda əsas məsələ yumurtada deyil, onların tərkibində olan qidalı maddələrdədir. Ana arı xamaya bənzər xüsusi maddə ifraz edir ki, bu maddə də arı südü adlanır. Məhz bu maddə müalicəvi xüsusiyyətləri ilə fərqlənir.   Arı südünün tərkibində olan E vitamini və cinsi hormonlar kişi və qadın sonsuzluğu zamanı tətbiq edilir. Bundan əlavə arı südünün tərkibində inək südündən 6 dəfə çox zülal, Həmçinin В1, В2, В3, В6, Вс, В12, РР, Н vitaminləri var. Bu maddələr hamilə qadınlar, uşaqlar, yaşlı insanlar üçün təhlükəli hesab edilmir. Arı südü anemiyanın müalicəsində də uğurla tətbiq edilir. Bu maddəni əsasən vaxtından əvvəl doğulan körpələrə verirlər. O uşaqların iştahasını artırır, immuniteti möhkəmləndirir, fiziki aktivliyi artırır.

Menopauzada olan qadınlar bu maddədən istifadə etdikdə əhvalları düzəlir, orqanizmin enerjisi və cavanlığı qorunub saxlanır. Arı südü qan damarlarını genişləndirərək hipertoniyanın müalicəsində yaxşı effekt verir. Arı südündən aşağıdakı qaydalarda istifadə etmək mümkündür:

1. Təzə arı südünün 10-100 qr-nı yeməkdən 30 dəqiqə əvvəl acqarına dilinizin altına qoyun.