Ölənlərimiz üçün edə biləcəyimiz xeyir əməllər


Digərləri 14 Fev 2019 21:50:00 204 0

Ölənlərimiz üçün edə biləcəyimiz xeyir əməllər

İnsan bərzəx aləmində olan zaman dünya ilə rabitəsi tam kəsilmədiyi üçün, dünya əhlinin duaları və xeyir əməlləri onları sevindirər və əzabdan xilas edər. Bu xeyir əməllər ilə tanış olaq:

1. Nə zaman qəbiristanlığın kənarından keçsəniz, "Tövhid" ("İxlas") surəsini 11 dəfə oxuyun. Bu yolla həm onlara və həm də özünüzə böyük savab göndərmiş olarsınız.

2. Əgər ölüləriniz üçün "Qədr" surəsini 11 dəfə oxusanız, bu xeyir əməl həm ölülərinizi sevindirər və həm də sizi Qiyamət gününün qorxusundan amanda saxlayar.

3. Ölünüzün borcu varsa, borcunu ödəməklə ona böyük yaxşılıq etmiş olarsınız ki, qəbrində rahat yata bilsin.

4. Gördüyünüz saleh əməllərdə ölülərinizi də şərik edin və savabını onlara hədiyyə edin.

5. Hər bir insanı sevindirib şad edən əməllərdən biri də onu yada salmaqdır. Əgər niyyətinizdə yaxınınızı şad etmək üçün onu yada salarsınızsa, onlar üçün dua edirsinizsə, bu əməl onun şad olmasına səbəb olar. Bir salavatın da onlar üçün təsəvvür edə bilmədiyiniz faydaları vardır.

Ancaq ölülərimizin əzabını yüngülləşdirən əməllərə gəldikdə isə deyə bilərik ki, onların İlahi təkliflərindən olan qəzalarını yerinə yetirmək və ya haqqun-naslarını ödəmək - xüsusilə vacib əhəmiyyət kəsb edir.