Bu insanın fasiləsiz salavat deməsinin səbəbi


Digərləri 14 Fev 2019 21:55:00 245 0

Bu insanın fasiləsiz salavat deməsinin səbəbi

Süfyan Suri nəql edir: "Məkkədə təvaf etməklə məşğul idim. Birdən bir kişini gördüm ki, addımlarını atmamış, salavatı salavatın ardınca deyirdi. Həmin şəxsə dedim: "Niyə təsbih demirsən, ancaq salavat deyirsən?"

O, məndən soruşdu ki, sən kimsən?

Dedim ki, mənim adım Süfyandır.

Mənə dedi: "Sən qərib olduğun üçün mən öz hekayəmi sənə danışacağam.

Keçən il mən atamla birlikdə Məkkəyə ziyarət üçün gəlmişdik. Atam xəstələndi, elə buradaca vəfat etdi. Vəfatından sonra üzünün rəngi qaraldı, qarnı şişdi, gözləri göyərdi. Mən atamın bu halından çox pis olduğum və ağladım. Öz-özümə dedim ki, atam qürbətdə vəfat etmişdir, özü də bu hala düşmüşdür. Üstünü paltarımla örtdüm və bu zaman yuxu mənə qələbə çaldı. Yuxuda gözəl və xoş siması olan bir kişini gördüm ki, bahalı libas geyinmişdi. O, atamın yanına gəldi və əlini onun üzünə və qarnına çəkdi. Bu zaman atamın üzü ağardı və qarnı əvvəlki halına qayıtdı. Mən həmin şəxsin ayaqlarından tutub yalvarmağa başladım ki, sən kimsən?