Dünya ilə axirətin oxşar cəhətləri


Digərləri 14 Fev 2019 21:40:00 159 0

Dünya ilə axirətin oxşar cəhətləri

Axirəti yaxşı tanımaq üçün, dünya ilə axirətin oxşar və fərqli cəhətlərinə nəzər salmalıyıq. Çünki birini tanımadan, o birisini tanımaq mümkün deyildir.

Oxşar cəhətləri:

1. Hər iki dünya həqiqidir, fəzası və hissələri vardır. Ona görə də insan hər iki dünyada bədənə malik olar.

2. İnsanın hər iki dünyada özünə qarşı agahlığı vardır və vahid şəxsiyyətə malikdir.

Son.az deyerler.org-a istinadən bildirir ki, bu deyilənlər Qurani-Kərimin bu ayələrinə əsasən bəyan olunmuşdur: "Kaş mən də onlarla birgə olub, böyük bir feyzə nail olaydım!". ("Nisa" 73).

"(Elə hey) deyirdi: "Kaş heç kəsi öz Rəbbimə şərik qoşmayaydım (vay olsun mənə ki, qəflət üzündən özümü və zahiri səbəbləri Allahdan daha təsirli hesab etdim)!"". ("Kəhf" 42).

"Kaş (əməl) dəftərim mənə verilməyəydi!". ("Haqqə" 25).

"O: "Kaş ki, mən öz (əbədi) həyatım üçün əvvəlcədən (yaxşı əməllər) göndərmiş olaydım!" - deyər". ("Fəcr" 24).

3. İnsan hər iki dünyada da hisslərə və istəklərə malik olar.