Aygün Kazımova: 14 fevralı qəbul etmirəm


Şou-biznes 14 Fev 2019 21:32:00 269 0

Aygün Kazımova: 14 fevralı qəbul etmirəm

Son.az oxu.az-a istinadən bildirir ki, Xalq artisti Aygün Kazımova müsahibə verib. O, müsahibəsində ətrafında gəzib dolaşan söz-söhbətlərə aydınlıq gətirib, klub konsertinə hazırlıqlarından danışıb, maraqlı açıqlamalar verib.

- Aygün xanım, "Sevgililər günü"ndə kimdən hədiyyə gözləyirsiniz?

- Şəxsən mən 14 fevralı "Sevgililər günü" kimi qəbul etmirəm. Etməyəcəyəm də. Bu haqda mən illər öncə də müsahibələrimdə söyləmişəm. Mənim üçün "Sevgililər günü" İlhamla Fərizənin toy günü, yəni iyulun 30-dur.

- Ötən ayın 26-da təmtəraqlı ad günü məclisinizi niyə mediadan qapalı şəkildə keçirmisiniz?

- Bunun özəl səbəbləri var. Gələn il hamısının acığını çıxacağam. Bu heç də elə-belə deyil.

- Gənc müğənni və duet ortağınız Rəsul Əfəndiyevlə sevgilisiniz?