Solari: "VAR-a və hakimlərə inanmaq məcburiyyətindəyik"


İdman 14 Fev 2019 21:40:00 259 0

Solari: "VAR-a və hakimlərə inanmaq məcburiyyətindəyik"

Real-ın baş məşqçisi Santyaqo Solari, Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində Ajax-a 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra açıqlama verib.

Goal.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssis, futbolçularından razı qaldığını deyib:

“Rəqib bütün mövqelərimizi bağlamışdı. Çox aqressiv oynadılar, bütün enerjilərini meydanda qoydular. Rəqib meydanında qalib gəlmək üçün əziyyət çəkəcəyimizi, güclü təzyiqlə qarşılaşacağımızı və yaxşı oynamağımızın lazım olduğunu bilirdik. Buna görə də, nəticə əldə etmək üçün çox çalışdıq. Futbolçular üzərində işlədiyimiz hər şeyi meydanda qoydular. Hamının oyunundan razıyam. Çempionlar Liqasında asan matç, ya da rəqib yoxdur. Ajax da bu gün çox yaxşı oynadı”.

Argentinalı mütəxəssis, rəqibin sayılmayan qolu haqqında da danışaraq, “Baş məşqçilər epizodu təkrar izləyə bilmir. Videotəkrar sisteminə (VAR) və oyunun hakimlərinə inanmaq məcburiyyətindəyik” deyib.