İçərişəhərdə Bakı Fotoqrafiya Evinin açılışı olub FOTO


Digərləri 14 Fev 2019 21:18:00 373 0

İçərişəhərdə Bakı Fotoqrafiya Evinin açılışı olub  FOTO

Fevralın 14-də İçərişəhərdəki "Zəncirli bina"da Bakı Fotoqrafiya Evinin açılışı olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki,  açılış mərasimində, həmçinin fotoqraf Sənan Ələsgərovun əsərləri və tədqiqatçı Bəhruz Hüseynzadənin şəxsi kolleksiyasından ibarət "İçərişəhər" adlı fotosərgi də nümayiş olunub.

Tədbirdə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov son illər İçərişəhərdə görülən işlər və reallaşan layihələr barədə məlumat verib. Bildirib ki, İçərişəhərdə Xalq rəssamı Tahir Salahovun ev-muzeyi, görkəmli kinodramaturq və rejissor Maqsud İbrahimbəyovun Yaradıcılıq Mərkəzi yaradılıb, Marionet teatrının binasının açılışı olub və bir sıra layihələr həyata keçirilib. Ə.Ələkbərov layihənin reallaşdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əvəzsiz rolunu vurğulayaraq, göstərilən dəstəyə görə minnətdarlığını bildirib.

İdarə rəisi diqqətə çatdırıb ki, bu gün Bakı Fotoqrafiya Evində təşkil edilən ilk sərgidə iştirakçılar İçərişəhərin maraqlı fotoları ilə tanış olacaqlar. Bu fotolar ötüb keçən zamanın şəhərin mühitinin yalnız landşaftını, işıq və havasını deyil, həm də baxışını da dəyişdirdiyinə sənədli şahidlik edir.

Tədbirdə fotoqraf Sənan Ələsgərov sərgi barədə məlumat verərək belə bir mədəniyyət mərkəzinin yaradılmasına görə əməyi keçənlərə təşəkkürünü bildirib.


Xəbərə aid fotolar