Əhali bir ildə ərzaq, içki və siqaretə nə qədər pul xərcləyib?


Digərləri 14 Fev 2019 20:49:00 303 0

Əhali bir ildə ərzaq, içki və siqaretə nə qədər pul xərcləyib?

2018-ci ildə Bakıda ticarət dövriyyəsinin həcmi 2017-ci illə müqayisədə 3,8 faiz artaraq 20 milyard 797,3 milyon manat olub.

Son.az Trend-ə istinadən bildirir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki illə müqayisədə 3,4 faiz artaraq 10 milyard 074,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,2 faiz artaraq 10 milyard 722,6 milyon manata bərabər olub.

İstehlak məhsullarının 23,6 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 64,0 faizi fərdi sahibkarlara məxsus olub.